Üzgüçülük üzrə Ukrayna millisi iyunun 27-də I Avropa Oyunları çərçivəsində keçirilən 4x100 m estafet yarışında iştirak edə bilməyib. Sportnet.az-ın məlumatına görə, buna səbəb isə yığmanın üzvü Andrey Xlopsovun yuxudan oyana bilmədiyi üçün yarışa vaxtından gəlməməsi olub.
Xlonsov Bakı-2015 oyunları çərçivəsində 50 m məsafəyə batterflay
üsulu ilə üzgüçülükdə qızıl, 50 m kürəkdə üzmədə isə bürünc medal qazanıb.
Qeyd edək ki, Ukrayna yığması I Avropa Oyunlarında medal sayına görə 8-ci yeri tutub.