
Bakıda keçiriləcək 2015-ci il Avropa Oyunlarının ilk rəsmi tərəfdaşı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, bu, "Procter@Gamble" şirkətidir.
Şirkət Avropa Oyunlarına müqavilə əsasında dəstək verəcək. Bu dəstək Azərbaycanda şirkət məhsulları vasitəsilə "Bakı-2015" haqqında məlumatlılığın artırılmasına xidmət edəcək.
Müqavilənin imzalanma mərasimində gənclər və idman naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov iştirak edib. O deyib ki, rəsmi tərəfdaşın dəstəyi ilə Oyunların Azərbaycanın hər yerində təşfiqinə töhfə vermək olar".