1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Oyunları üçün ilk iştirakçı sayı təsdiqləndi
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları onların müvafiq milli olimpiya komitələri (MOK) üçün təsdiqlənib. Sportnet.az-ın məlumatına görə, Fransada aerobika üzrə keçirilmiş Avropa Çempionatının (4-10 Noyabr 2013) və Portuqaliyada batut və tamblinqdən tullanma üzrə keçirilmiş Avropa Çempionatının (7-13 Aprel 2014) ardınca ümumilikdə 22 MOK üçün aerobika və batut üzərindən tullanma üzrə nəzərdə tutulmuş 120 idmançı sayı ayrılıb.
Yarışlarda iştirakla bağlı onlar üçün nəzərdə tutulmuş idmançıların sayını təsdiq edən ilk ölkə Gürcüstan olub. Azərbaycanın ev sahibliyi etdiyi yarışda bu ölkədən batut üzərindən tullanma üzrə maksimum 4 və aerobika üzrə 6 idmançı qüvvəsini sınayacaq.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kle deyib: "Bu gün MOK-ların ilk yarışacaq idmançılarının nəzərdə tutulan saylarının təyin olunması ilə Bakıda keçiriləcək ilk Avropa Oyunlarını həyata keçirmək kimi mühüm mərhələdəyik. Növbəti aylarda veriləcək elanlar və idmançılar arasında aparılacaq seçimlər həm Azərbaycanda, həm də bütün Avropada idman yarışlarına qarşı həvəs və həyəcan oyadacaq. İdmançılar Oyunların mərkəzində olacaq. Biz yarışlarda öz ölkələri üçün nəzərdə tutulmuş iştirak sayını əldə edən idmançıları təbrik edirik. Seçilən idmançılar gələn ilin yayında Bakıda səxavətlə və səmimi qarşılanacaqlarından əmin ola bilərlər”.
Bu yaxınlarda Milli Gimnastika Arenasının rəsmi açılışı olub. Arena Bakı-2015-in Atletlər Kəndinə yaxın ərazidə yerləşir. 6800 nəfərlik Arena sınaq yarışlarına ev sahibliyi edəcək ilk obyektlərdən biri olacaq və iyunda burada bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçiriləcək.
Atletlərlə bağlı xidmətlər və əməliyyatlar şöbəsinin direktoru Ceyms MakLoud deyib: "Biz bütün Avropadakı 22 MOK-la əlaqə saxlayıb onlar üçün idmançıların nəzərdə tutulan iştirak sayı barədə həmin komitələri məlumatlandırmışıq. Bu, Avropa Oyunlarının başlanması üçün yerdə qalan günlərdə daha çox tərəqqini özündə əks etdirir və bu tərəqqi Avropadakı bütün MOK-lara öz komandalarının Oyunlarda iştirakını planlaşdırmağa başlamalarına imkan yaradacaq”.
İdman gimnastikası, bədii gimnastika və batut üzərindən tullanma yarışları – eyni zamanda, iki yeni qeyri-olimpiya növü olan aerobika və akrobatika Avropa Oyunlarında nümayiş olunacaq. Gimnastika yarışları 6 gün müddətində ölkələrini fərdi, qrup və qarışıq şəkildə təmsil edəcək ümumilikdə 446 kişi və qadın gimnast arasında keçiriləcək. 5 növ üzrə ümumilikdə 34 medal veriləcək. Bu, su idmanı növündən sonra istənilən idman növü arasında medal sayına görə ikinci ən yüksək göstəricidir.
Ümumilikdə I Avropa Oyunlarında 19 idman növü üzrə 6000-dən çox idmançının iştirakı gözlənilir.