
Bakı-2015 ilk Avropa Oyunları üçün inşa edilmiş BMX stadionunda əsas işlər başa çatıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, arenanın Oyunlara hazırlığını yoxlamaq üçün bu gün burada sınaq yarışı təşkil olunub.
Rusiya, Almaniya və Latviyadan 13 qadın və kişi idmançı uzunluğu 358 metr olan zolaq boyunca yürüşlər həyata keçiriblər.
Qeyd edək ki, olimpiya standartlarına uyğun inşa olunmuş BMX stadionunda 2 enmə zolağı var. 1000 tamaşaçı tutumuna malik arenada, Avropa Oyunlarının proqramına əsasən, yarışlar iyunun 26 - 28-də keçiriləcək. Oyunlarda iştirak edəcək 32 kişi və 16 qadın idmançı Avropa Velosipedçilər Birliyinin ölkələr üzrə reytinq siyahısına əsasən müəyyənləşir.