
Onun sözlərinə görə, belə bir görüş Azərbaycan millisinin təlim-məşq toplantıları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilənin yaratdığı narazılıqların həlli məqsədilə təşkil olunmalıdır: "Mənə elə gəlir ki, bu məsələ ilə bağlı yaxşı olar ki, AFFA rəhbərliyi klub rəhbərləri və baş məşqçiləri ilə birgə iclas keçirsin və hər kəsi qane edəcək qərar qəbul olunsun. Millinin baş məqşçisi də burada iştirak etməlidir. Qəbul olunan qərarlar ayrı-ayrılıqda narazılıqlar yaradır, onları bir yerdə müzakirə edib, yekun qərara gəlmək lazımdır ki, bu hallar təkrarlanmasın. Bütün problemləri aradan qaldırmaq üçün görüşə ehtiyac var. Məncə, belə olması daha məqsədə uyğun olar. Fikirləri ayrı-ayrılıqda yazmaqla bu məsələ həll olunmur".
Qeyd edək ki, "Qəbələ" Premyer Liqada sabit çıxış etməyə başladığı vaxt 3 həftəlik fasilənin yaranmasından narazıdır.