71 yaşlı funksioner yarım il ərzində Avropa futbol qurumunda heç bir fəaliyyətlə məşğul olmayacaq, o cümlədən, 2015-ci ilin martında UEFA-nın illik konqresində iştirak edə bilməyəcək. Qurum habelə, vətənində rasizmlə mübarizəyə həsr olunmuş xüsusi tədbir təşkil etməyi Tavekkionun üzərinə qoyub. Amma onun FİGC prezidenti postunda qalıb-qalmayacağı bilinmir.
Qeyd edək ki, iyulun sonlarında Karlo Tavekkio İtaliya klublarındakı legionerlərlə bağlı çıxışında afrikalı futbolçuların ünvanına təhqiramiz ifadələr səsləndirib. O deyib: "Dünən banan yeyənlər birdən-birə "Latsio"nun əsas oyunçularına çevrilirlər". Sonradan Tavekkio dediklərinə görə üzr istəyib. Avqustun 11-də isə o, FİGC-in prezidenti seçilib. Bunadək Tavekkio İtaliya Həvəskar Liqasının rəhbəri olub.