Şövkət Orduxanov adına Qusar şəhər stadionunda yarımçıq qalmış tikinti işlərinin bərpasına başlanılır.
Sportnet.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi "Arxivlayihə" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Müqavilədə Qusar şəhər stadionunun tikintisinin başa çatdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 167 min manat müəyyənləşib.
Qeyd edək ki, 1962-ci ildə istifadəyə verilən Şövkət Orduxanov adına stadionun 10 il öncə sökülərək yenidən qurulmasına başlanılıb. Amma stadionun bərpa prosesi 2024-cü ilin may ayından etibarən dayandırılıb.














































































