Amma nəticələri elə də yaxşı olmadığından, o, dünya çempionatından kənarda qalıb. İndi isə Bitiyev Gürcüstan millisinin heyətinə qayıdaraq, Okruaşvili soyadı ilə mübarizə aparmağa başlayıb. Onun millimizdə çıxış etmək üçün saxta yola baş vurma səbəbi məlum deyil.
Yığmamızın baş məşqçisi Hacıağa Hacıəhmədov Sportnet.az-a açıqlamasında Vaxtanq Bitiyevin millimizə Peter Zayzenbaherin rəhbərlik etdiyi vaxt cəlb olunduğunu deyib. Onun sözlərinə görə, həmin cüdoçu Gürcüstan millisində də Zayzenbaherin rəhbərliyi altında çıxış edib. Hacıəhmədov Bitiyevin milliləşdirilməsindən və nə vaxt Gürcüstana qayıtmasından xəbərsiz olduğunu da söyləyib.
Qeyd edək ki, Vaxtanq Okruaşvili oktyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada start götürəcək Qran Priyə yollanacaq. Onun qardaşı Adam Okruaşvili də Gürcüstan yığmasında 100 kq-dan yuxarı çəkidə mübarizə aparır.