
O, mayda öz maşını ilə Tronheymdə yol qəzası törətdikdən sonra hadisə yerindən qaçıb. Hadisə nəticəsində heç kim zərər çəkməyib. 2 qat olimpiya çempionunun özü isə ertəsi gün polis bölməsinə gələrək, günahını etiraf edib.
Məhkəmədə prokuror onun 60 gün azadlıqdan məhrum edilməsini istəyib. Lakin hakim cəzanı yüngülləşdirib. Nortuqun nə vaxt həbsdə yatacağı bilinmir.
Qeyd edək ki, Peter Nortuq 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında 2 qızıl medal qazanıb. Onun aktivində 11 dünya çempionluğu da var.