
AÇ-2016-nın seçmə qrupundakı rəqibimiz İtaliya
millisinin baş məşqçisi Antonio Konte Azərbaycan yığması ilə oyun üçün yekun
heyəti müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis dəvət etdiyi 26 futbolçudan ibarət
siyahıdan 3 futbolçunu kənarlaşdırıb.
Onlardan Tiaqo Motta və Daniel Osvaldo zədə səbəbindən,
gənc müdafiəçi Daniele Ruqani isə İtaliyanın 21 yaşlılardan ibarət milli
komandasına göndərilməsi səbəbindən əsas millidən kənarda qalıb. Daha öncə isə
Konte Cakomo Bonaventuranı "Yuventus"un yarımmüdafiəçisi Andrean
Pirlo ilə əvəzləmişdi.
Qapıçılar: Canluici Buffon ("Yuventus"), Mattia Perin
("Cenoa"), Salvatore Siriqu (PSJ, Fransa);
Müdafiəçilər: Leonardo Bonuççi ("Yuventus"), Corcio
Kyellini ("Yuventus"), Ancelo Oqbonna ("Yuventus"), Andrea Ranokkia
("İnter").
Yarımmüdafiəçilər: Alberto Akvilani ("Fiorentina"),
Andrea Pirlo ("Yuventus"), Antonio Kandreva ("Latsio"), Matteo
Darmian ("Torino"), De Şilio ("Milan"), Alessandro Florensi
("Roma"), Klaudio Markizio ("Yuventus"), Marko Parolo
("Latsio"), Manuel Paskual ("Fiorentina"), Andrea Poli ("Milan"),
Marko Verratti (PSJ).
Hücumçular: Mattia Destro ("Roma”), Sebastyan Covinko
("Yuventus"), Çire İmmobile ("Borussiya D., Almaniya), Qratsiano
Pelle ("Sauthempton", İngiltərə), Simone Zaza ("Sassuolo").
Qeyd edək ki, İtaliya - Azərbaycan matçı sabah Bakı vaxtı ilə
saat 23:45-də başlayacaq.