İtaliya milli komandasının futbolçusu Andrea Pirlo Azərbaycan yığması ilə bugünkü AVRO-2016-nın seçmə qrup matçında da tarixə düşəcək. Sportnet.az-ın məlumatına görə, 35 yaşlı pleymeker meydana çıxacağı halda, "Skuadra Adzurra"da ən çox oyun keçirən futbolçu ünvanına sahib olacaq.
Hələlik o, dünya və Avropa çempionu, millinin keçmiş qapıçısı və baş məşqçisi Dino Zoffla eyni miqdarda - 112 qarşılaşmada oynayıb. Digər tərəfdən, Pirlo yığmada 2002-ci il sentyabrın 7-də məhz millimizlə görüşdə debüt edib. Bakıda keçirilmiş AVRO-2004-ün seçmə oyununda onun komandası 2:0 hesabı ilə qalib gəlib.
Ötən gün baş tutan mətbuat konfransında təcrübəli futbolçu tarixi olaylara da toxunub: "12 il öncə mən millidə Azərbaycanla oyunda debüt etmişəm. Zoff kimi futbol ikonasını, mifi ötmək gözəl hissdir, mənə böyük məmnunluq verir. Hələ uşaq ikən yığmada oynamağı, dünya çempionu olmağı arzulayırdım. Bu xoşbəxtliyə nail oldum. İndi başqa arzularım var. Yenidən qalib olmaq istəyirəm".
Qeyd edək ki, Palermo şəhərindəki "Rentso Barbera" stadionunda keçiriləcək İtaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |