Azərbaycan Premyer Liqasının XXXI turunun daha bir matçı oynanılıb.
Sportnet.az xəbər verir ki, "Kəpəz" lider "Sabah"ın qonağı olub.
"Bank Respublika Arena"da keçirilən görüşdə Gəncə təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
Qonaqların yeganə qolunu 46-cı dəqiqədə Rəhman Hacıyev vurub.
Qələbə ilə "Kəpəz" xal ehtiyatını 27-yə çatdıraraq 10-cu yerdə qərarlaşıb. 75 xalı olan "Sabah" isə liderdir.
-------------------------------------------------------
Azərbaycan Premyer Liqasının XXX turunun açılış oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "İmişli" "Zirə"ni qonaq edib.
Görüşdə hesab açılmayıb - 0:0.
Xal ehtiyatını 33-ə qaldıran bölgə təmsilçisi 9-cu pillədə qərarlaşıb. 50 xalı olan qəsəbə təmsilçisi isə avrokuboklara aparan yerə yüksəlmək uğrunda ciddi zərbə alaraq 5-ci yerdə qalıb.
------------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun ilk 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, tura Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Zirə" arasındakı görüşlə start veriləcək.
Saat 16:30-da başlanacaq görüşü baş hakim Kamranbəy Rəhimov idarə edəcək.
Hazırda "İmişli" 32 xalla 9-cu pillədə gedir və gələn mövsüm də elitada yerini təmin edib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Zirə" isə 49 xalla 5-cidir.
Günün digər görüşündə çempion "Sabah" Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Kəpəz"i qəbul edəcək. "Bank Respublika Arena"da saat 19:30-da start götürəcək qarşılaşma baş hakim Elvin Bayramova tapşırılıb.
Hazırda "Sabah" 75 xalla 1-ci, "Kəpəz" isə 24 xalla 10-cudur.
Azərbaycan Premyer Liqası, XXXI tur
8 may (cümə)
16:30. “İmişli”– “Zirə” - 0:0
Sarı vərəqələr: Vüsal Qənbərov, 36 (qeyri-idman hərəkəti); Luis Silvestr, 54 (qeyri-idman hərəkəti); Edvin Banquera, 88 (oyunun bərpasının ləngidilməsi)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Mirnihad Seyidov
Dördüncü hakim: Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Quba OİK stadionu, 70 tamaşaçı
“İmişli”: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 70. Mehdi Tahirov (44. Həzrət İsayev, 85) 11. Vüsal Qənbərov (10. Nikola Karaklaiç, 73) 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 79. Dioqo Kardozu (97. Xəzər Mahmudov, 85) 17. Ezekiel Morqan (21. Abbas Ağazadə, 85) 7. Luis Silvestr
Ehtiyat oyunçular: 99. İmam Əli 90. Riad Abbaszadə 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov
Baş məşqçi: Jorj Kaşkilya
“Zirə”: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 21. Hacıağa Hacılı (14. Elçin Əlicanov, 90+1) 8. İsmayıl İbrahimli 26. Stefan Aka 4. Ruan Renato (5. Ange Mutsinzi, 46) 28. Leroy Mikels 10. Giorgi Papunaşvili (29. Ceyhun Nuriyev, 61) 30. Rikardo Martins (17. Ayron Qomis, 46) 11. Junior Martins (9. Davit Volkov, 61)
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 7. Rövlan Muradov 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
19:30. “Sabah” – “Kəpəz” - 0:1
Qollar: Rəhman Hacıyev, 46
Sarı vərəqələr: Andrey Santos, 55 (qeyri-idman hərəkəti); İqor Noqeyra, 63 (qeyri-idman hərəkəti); Abdulax Xaybulaev, 71 (qeyri-idman hərəkəti) // Dioqo Verdaska, 57 (qeyriidman hərəkəti)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Bank Respublika Arena”, 750 tamaşaçı
“Sabah”: 92. Stas Pokatilov (k) 17. Tellur Mütəllimov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 20. Coy Lens Mikels (99. Patrik Mbina, 65) 40. İqor Noqeyra 80. Akim Zedadka (2. Amin Seydiyev, 65) 3. Stiv Solvet (53. Andrey Santos, 46) 70. Cesse Sekidika 7. Umarali Raxmonaliyev (22. Zinedin Uld Xaled, 65) 83. Stefen Ende (11. Kahim Parris, 74)
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 89. Cəfər Muxtarov 21. Velko Simiç 19. Aron Maluda
Baş məşqçi: Valdas Dambrauskas
“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev (80. Şahnur İsmayılov, 90+2) 5. Rauf Hüseynli 88. Şakir Seyidov (99. Əli Səmədov, 87) 11. Rəhman Hacıyev 6. Camal Cəfərov (24. Olavale Onanuqa, 46) 29. Dioqo Verdaska (k) 12. Mahamadu Ba (77. Fərid Nəbiyev, 46) 14. Adama Fofana (17. Ümid Səmədov, 87) 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 57. Amur Yusifov 83. Raul İsaqov
Baş məşqçi: Azər Bağırov
Qeyd edək ki, turun qalan oyunları 9-10 mayda keçiriləcək.












































































