Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstan təmsilçisi "Arda" əsas liqanın 34-cü turunda "Boltev"in qonağı olub.
Sportnet.az xəbər verir ki, matça start heyətdə başlayan və sona qədər meydanda olan C. Hüseynov komandasının 2 qolunun müəllifi olub.
Görüşdə 2:1 hesabı ilə qələbə qazanan "Arda" xal ehtiyatını 44-ə yüksəldərək 7-ci pillədə möhkəmlənib.














































































