"Berti Foqtsun Vaqif Cavadov və Mahir Şükürov barədə dedikləri ilə razı deyiləm. Mahiri bilmirəm, Vaqifi məhz Özbəkistanla oyundan sonra yığmaya dəvət olunan legionerlərlə bağlı açıqlamasına görə şağırmayıblar". Bunu Sportnet.az-a açıqlamasında Türkiyənin "Qaziantep BB" klubunda çıxış edən Vaqif Cavadovun atası və meneceri Füzuli Cavadov deyib.
O bildirib ki, oğlu Azərbaycan millisinə Almaniyanın aşağı liqalarından cəlb olunan oyunçularla bağlı sualı cavablandırarkən, "Belə futbolçulardansa, Reynaldonu milliləşdirsinlər" deyib. Bu açıqlama ilə tanış olan Foqts isə Vaqif Cavadovu çağırmamağa qərar verib.
F.Cavadovun fikrincə, Foqtsun heyətdə gəncləşdirmə siyasəti aparmasını əsas gətirərək, oğluna və Şükürova dəvət göndərməməsi bəhanədən başqa bir şey deyil: "Məgər yığmaya dəvət alan Elnur Allahverdiyev, Rəşad Sadıqov və digərləri gəncdir? Onların ən azı 30 yaşı var. 2020-ci il Avropa çempionatında Foqts bu futbolçuların xidmətindən yararlanacaq? Deyir ki, "Qarabağ"ın futbolçuları fiziki cəhətdən zəifdirlər. Axı niyə Qurban Qurbanovu baltalayır? Belə bəhanələr gətirməsin. Həm də baş məşqçi öz oyunçusundan küsməməlidir".
Ata Cavadov Foqtsun məşhur italiyalı futbolçu Alessandro Matsolaya qarşı oynaması barədə fikirlərinə də münasibət bildirib: "Rəhmətlik Ələkbər Məmmədov kimi görürdüsə, "Milan"a "San Siro"da 4 qol vurduğunu deyirdi. İndi də Foqts hansısa futbolçuya qarşı oynaması ilə qürurlanır. Baş məşqçisənsə, keçmişdə özünlə bağlı olanları yaddan çıxarmalı, yalnız öz komandanın oyununu düşünməlisən. Özünü tərifləyib gəzəndən güclü baş məşqçi çıxmaz".
F.Cavadov sonda gəldiyi qənaəti də Sportnet.az-la bölüşüb: "Millidə kim öz sözünü deyirsə, onu heyətdən kənarlaşdırırlar. Amma təriflər yağdıranlara daim yer var".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |