Bu gün keçiriləcək Azərbaycan Kubokunun final oyunu ilə futzal mövsümünə yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, həlledici matçda son çempion "Araz-Naxçıvan" gümüş medalçı "Neftçi" İK ilə gücünü sınayacaq.
Saat 16:00-da Bakı İdman Sarayında start götürəcək görüş CBC Sportla canlı yayımlanacaq. Zala giriş biletsiz olacaq.
Azərbaycan Kuboku
Final
21 may
16:00. "Araz-Naxçıvan" – "Neftçi" İK
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev
Ehtiyat hakim: İmran Məhərrəmov
Hakim-inspektor: Əfqan Həmzəyev
Bakı İdman Sarayı.







































































