Kredit borcu olduğu üçün 3 günlük ölkəsi Sloveniyaya yollanan "Bakı"nın müdafiəçisi Yure Travner artıq xeyli vaxt keçsə də, Azərbaycana dönməyib. Sportnet.az-ın məlumatına görə, futbolçu hətta oradakı durumu ilə bağlı klub rəhbərliyi ilə də əlaqə saxlamır.
Travner yalnız komandanın kapitanı Lukas Mario Horvatla zəngləşir.
Rəhbərliyə isə Travnerin durumu ilə bağlı məlumatı məhz Horvat verir.
Qeyd edək ki,
Yure Travnerin kredit borcu olduğu üçün Sloveniyanı tərk etməsinə icazə
verilmir.