
"Əsas məsələ odur ki, 3 xal qazandıq. Oyunçularım matça yaxşı köklənmişdilər. Çox çətin matçdan sonra qələbəyə nail olduq. Futbolçularımı təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze "Xəzər Lənkəran"ı səfərdə 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XX tur matçından sonra deyib.
Gürcüstanlı mütəxəssis rəqib komandanın oyununu da dəyərləndirib: "Xəzər Lənkəran”ın heyətində çoxlu sayda gənc oyunçu var. Gənclər çox istedadlıdırlar, onların arasında Ağabala Ramazanovu qeyd edə bilərəm. Düşünürəm ki, gələcəkdə Azərbaycan millisinin aparıcı hücumçusu olacaq".
Tsxadadze öz oyunlarını da analiz edəcəklərini və bu qələbəni uduzub qarşıdakı görüşlərə hazırlaşmalı olduqlarını vurğulayıb.










































































