1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "Problem yaşayacağıq"
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Qəbələ" ilə bu gün keçirəcəkləri Topaz Premyer Liqasının XXIV tur matçı barədə danışıb. Təcrübəli müdafiəçi Sportnet.az-a açıqlamasında oyun baxımından problemlə üzləşəcəklərini bildirib.
Onun sözlərinə görə, 6 oyunçunun Azərbaycan milli komandasının düşərgəsindən yenicə qayıtması səbəbindən çətinliklər olacaq: "Rəqib bu oyuna çox ciddi hazırlaşır. Biz də eyni ab-havada olacağıq. Oyun baxımından problem yaşayacağıq. Çünki əsas heyətin 6 futbolçusu yox idi, hamısı yerlilərdir. Amma mübarizə aparıb, əzmkarlıqla çalışacağıq ki, bu problemləri biruzə verməyək".
Sadıqov son oyunlarda "Qarabağ"ın futbolçularında ən yaxın rəqiblərlə aradakı böyük xal fərqi ilə əlaqədar arxayınlığın yaranmasına dair fikirlərlə razılaşmayıb: "Mən belə deməzdim. Əksinə, "Neftçi" ilə oyun göstərdi ki, "Qarabağ"ın oyunçusu hər bir oyuna məsuliyyətlə hazırlaşır. Ondan əvvəlki matçlarda oyunla bağlı problemimiz vardı. Özüm də demişdim ki, tam oyunumuzu tuta bilməmişik. Amma "Neftçi" ilə oyunumuz yaxşı alındı. Bu, səbəb deyil ki, qarşıdakı oyunda rəqib bizə təslim olacaq, biz daha da rahat olmalıyıq. Tam əksinə, eyni əhval-ruhiyyə ilə, istəklə mübarizə aparmalıyıq ki, ən azı həmin oyunu təkrar edək".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Qəbələ" matçı saat 17:00-da başlanacaq.