Futbol üzrə Topaz Premyer Liqasının XXX turun hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, keçmiş FİFA referisi Vüsal Əliyev 8 turdan sonra yenidən elitada baş hakim qismində meydana çıxacaq.
O, yenə "Bakı" və "İnter" komandaları arasındakı görüşü idarə edəcək. Əliyev sonuncu dəfə XXII turda məhz bu iki klub arasında "İnter Arena"da baş tutmuş görüşdə fit çalıb. Həmin vaxt "İnter" böyük hesabla qalib gəlib - 4:0. Həmin oyunun əvvəlində "Bakı"nın qapısına təyin olunmuş penalti məğlub komandanın etirazı ilə qarşılanıb.
Orxan Məmmədov isə 3 turdan sonra yenidən Premyer Liqada səhnəyə çıxacaq. O, AZAL - "Sumqayıt" görüşünə təyinat alıb. Sonuncu dəfə Məmmədov XXXVII turun "Simurq" - AZAL görüşünü idarə edib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:1. Bu dəfə narazılıq "Simurq"un qapısına təyin edilən, amma dəqiq yerinə yetirilməyən penalti ilə bağlı olub.
Qalan 2 beynəlxalq dərəcəli hakim isə yenə iş başında olacaq. Rəhim Həsənov "Simurq" - "Qarabağ", Əliyar Ağayev "Neftçi" - "Qəbələ" görüşünü idarə edəcək.
17 aprel (cümə)
"Bakı” – "İnter”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00
AZAL – "Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov
"AZAL Arena”, 16:00
"Simurq” – "Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
Zaqatala şəhər stadionu, 18:00
"Neftçi” – "Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
"Bakcell Arena", 20:00