
Bakı Kristal zalında “UFC Döyüş Gecəsi” start götürüb.
Sportnet.az xəbər verir ki, gecədə 12 döyüş keçirilib.
Onlardan 3-ü Azərbaycan təmsilçilərinin iştirakı ilə olub.
Nazim Sadıxov braziliyalı Nikolas Mottanı ikinci raundda nokautla məğlub edib.
Rafael Fiziyev Çilidən olan İqnasio Baxamondes üzərində hakimlərin qərarı ilə qalib gəlib.
Tofiq Musayev isə UFC-də debüt qarşılaşmasında qırğızıstanlı Mıktıbek Orolbaya ilk raunddaca uduzub.
"UFC Döyüş Gecəsi"
İlkin sıralama
1) Yarım yüngül çəki: İrina Alekseeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa) - Siqula hakimlərin yekdil qərarı ilə qələbə qazanıb - 30:27, 30:27, 30:27. Bu, Alekseyevanın ardıcıl ikinci məğlubiyyəti olub.
2) Yarım orta çəki: Sok Hyön Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels) - Sok Hyön Ko qalib gəlib.
3) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Muhammad Usman (11-4-0, Nigeriya) - Muhammad Usman hakimlərin qərarı ilə qələbə qazanıb. Hər üç hakim qələbəni nigeriyalı döyüşçüyə verib. Bununla da Usman iki məğlubiyyətdən sonra qalib gəlib və nəticə elan olunduqda göz yaşlarına hakim ola bilməyib. Misirli döyüşçü isə karyerasında ilk məğlubiyyətlə üzləşib.
4) Yarım yüngül çəki: Melissa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya) - Jeleznyakova hakimlərin qərarı ilə qalib gəlib - 29:28, 30:27, 30:27. Rusiyalı döyüşçü rəqibindən revanş alıb və karyerasında 10-cu qələbəsini qazanıb.
5) Orta çəki: İsmail Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya) - Pak Çun Jon qalib gəlib.
6) Super yüngül çəki: Tagir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan) - Tagir Ulanbekov hakimlərin qərarı ilə qələbə qazandı - 29:28, 30:27, 30:27. Bu, rusiyalı döyüşçünün ardıcıl dördüncü qələbəsidir.
Əsas sıralama, döyüşlər təqribən saat 23:00-da başlayacaq:
7) Yarım yüngül çəki: Muhammad Nayimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya) - Nayimov hakimlərin qərarı ilə qələbə qazanıb - 29:28, 29:28, 29:28. Nayimov 16-cı döyüşündə 13-cü qələbəsini qazandı.
8) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya) - Sadıxov rəqibini 2-ci raundda nokaut edib.
9) Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya) - Bleyds hakimlərin qərarı ilə qələbə qazanıb.
Amerikalı idmançı döyüşdə güləşə üstünlük verdiyini söyləyib: “Çox yorğunam, dincəlməyə ehtiyacım var. Növbəti döyüşümdə Siril Qanı istəyirəm”.
10) Yüngül çəki: Tofiq Musayev (debütant, Azərbaycan) - Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan) - Musayev ilk raunnda təslim olub. Rəqibi ona ağrıdoğurucu fəndlə qalib gəlib. Bu, Orolbayın karyerasında 14-cü, UFC-də 3-cü qələbəsi olub.
Görüşdən sonra o deyib: “3 aydır hazırlaşırdım. Rəqibim çox güclü idi. Amma mən daha yaxşı idim və qələbə qazandım”.
11) Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili) - Hakimlər hər üç raundda Fiziyevə 30:27 hesablı üstünlük verib.
“Ataman” üç döyüşlük məğlubiyyət seriyasını qırıb. İndi 32 yaşlı azərbaycanlının aktivində 13 qələbə, 2 məğlubiyyət var. Baxamondesim isə əksinə, üç qələbədən ibarət seriyası bitib.