
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev braziliyalı Çarlz Oliveyranı döyüşə çağırıb.
Sportnet.az xəbər verir ki, Fiziyev "X" sosial şəbəkəsində məşhur "MMA Orbit" səhifəsinin Oliveyra ilə bağlı yazısına reaksiya verib.
O, səhifənin braziliyalı döyüşçünün noyabr-dekabr aylarında oktaqona qayıtmağı planlaşdırdığı ilə bağlı xəbərini repost edib. Fiziyev bir neçə emoji ilə Çarlzla döyüşmək istəyində olduğunu ifadə edib.
Qeyd edək ki, Rafael Fiziyev 17 MMA döyüşü keçirib və 13 qələbə qazanıb. Sabiq kəmər sahibi Çarlz Oliveyra isə 46 döyüşdə 35 dəfə qələbəyə sevinib.