Yekaterina Qamova Beynəlxalq Voleybol Şöhrət Zalına daxil edilib.
Sportnet.az xəbər verir ki, bu barədə Beynəlxalq Voleybol Şöhrət Zalının (IVHF) rəsmi saytı məlumat yayıb.
Təntənəli qəbul mərasimi oktyabrın 17-də ABŞ-nin Holiok şəhərində keçiriləcək.
IVHF-in açıqlamasında Qamovanın qadın voleybolu tarixinin ən güclü hücumçularından biri olduğu vurğulanıb: “Boyu, gücü, ustalığı və ən yüksək səviyyədəki sabit çıxışı sayəsində Qamova dünya voleybolunun simvollarından birinə çevrilib. Onun qlobal təsiri və unudulmaz çıxışları qadın voleybolunda bir dövrü müəyyənləşdirib və gələcək nəsillərə ilham verib”.
Şöhrət Zalına qəbul üçün rusiyalı namizədlər arasında Yuri Pançenko və məşqçi Vladimir Alekno da yer alıb.
Şöhrət Zalına qəbul edilən sonuncu rusiyalı voleybolçu Sergey Tetyuxin olmuşdu.
Qeyd edək ki, 45 yaşlı Yekaterina Qamova Rusiya millisinin heyətində iki dəfə dünya çempionu (2006, 2010), ikiqat Olimpiya gümüş medalçısı (2000, 2004) və ikiqat Avropa çempionu (1999, 2001) olub.







































































