1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çunayev bürünc medal qazandı - YENİLƏNDİ
Azərbaycan yunan-Roma güləşçisi Rəsul Çunayev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançı təsəlliverici görüşdə cənubi koreyalı Hansu Ryu üzərində təmiz qələbə qazanıb.
Görüş cəmi 2 dəqiqə 15 saniyə davam edib. Parterdə olan rəqibini bir neçə dəfə başı üzərindən çevirən Çunayev görüşü 8:0 hesablı qələbə ilə tamamlayıb.
Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşində 2-ci bürünc medalı olub.
Beləliklə, "Rio-2016"da ölkəmizin qazandığı medalların sayı 5-ə çatıb. Bunadək cüdoçular Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) gümüş, yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) və kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medala sahib olub. Eyni zamanda boksçu Kamran Şahsuvarlı (75 kq) yarımfinaladək irəliləyərək, ən azı bürünc medalı təmin edib.
--------------------------------------------
23:51. Çunayevin bürünc uğrunda mübarizədə rəqibi bilindi - YENİLƏNİR
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançının rəqibi ermənistanlı Miqran Arutyunyan olub.
Görüşün ilk hissəsində Arutyunyan tətbiq etdiyi 4 xallıq fəndlə hesabda irəli çıxıb. Fasilədən sonra Çunayev rəqibindən 1 xal alsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib.
Beləliklə, Azərbaycan təmsilçisi bürünc medal uğrunda təsəlliverici yürüşə qatılacaq. Çunayev saat 00:15-də başlayacaq qarşılaşmada rəqibi cənubi koreyalı Hansu Ryu olacaq.
--------------------------------
18:39. Çunayev yarımfinalda erməniyə rəqib oldu - YENİLƏNİR
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı idmançı 66 kq çəki dərəcəsində 1/4 final görüşünü də qələbə ilə başa vurub.
O, əlcəzairli Rəsul Tarek Benessanı vaxtından əvvəl təmiz qələbə ilə məğlub edib - 10:2.
Yarımfinalda onun rəqibi Miqran Arutyunyan (Ermənistan) görüşünün qalibi olacaq.
---------------------
17:52. Çunayev 1/4 finala yüksəldi
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev ilk görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının 1/16 finala təsadüf edən ilk görüşdəki rəqibi kubalı Migel Martines Palasio olub.
İlk hissədə Çunayev rəqibinə 2 xal qazanmaq imkanı versə də, ikinci hissədə 4 xallıq fəndlə önə keçib. Nəticədə o, 4:2 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Bu mərhələdə rusiyalı rəqibi İslambek Albiyevi məğlub edən (3:2) güləşçimiz 1/4 finala yüksəlib.