Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Şərif Şərifov bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu son təsəlliverici görüşdə venesuelalı Pedro Fransisko Sebalyos Fuentesi məğlub edib - 5:1.
Bununla da 2012-ci il London olimpiadasının qalibi bu dəfə Azərbaycanın aktivinə 15-ci medalı yazdırıb.
--------------------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Şərif Şərifovun bürünc medal qarşılaşmasındakı rəqibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, olimpiya çempionunun 86 kq çəki dərəcəsində son təsəlliverici görüşdə rəqibi venesuelalı Pedro Fransisko Sebalyos Fuentes olacaq.
Görüş saat 24:00-da başlanacaq.
Qeyd edək ki, Şərif Şərifov yarımfinalda rusiyalı Abdulrəşid Sədullayevə uduzaraq, finala yüksələ bilməyib.
Bununla da Şərifov ardıcıl iki olimpiadanın qalibi olma şansını itirib.
----------------------------------------
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Şərif Şərifov finala vəsiqə qazana bilməyib. Sportnet.az-ın məlumatına görə, məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz yarımfinalda Abdulrəşid Sadullayevə uduzub. "Bakı-2015” I Avropa Oyunlarının qalibi olan rusiyalı idmançı 8:1 hesabı ilə qalib gəlib.
Bununla da "London-2012”in qalibi olan Şərifov titulunu qorua bilməyib. O, budəfəki olimpiadanın qalibi olmaq üçün bürünc medal uğrunda döyüşə çıxacaq.
---------------------------------------------------------
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Şərif Şərifov yarımfinala yüksəlib. Sportnet.az-ın məlumatına görə, məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuzun budəfəki rəqibi Polşa təmsilçisi Mateus Baranovski olub. Güləşçimiz ilk hissədə 3, ikinci hissədə 4 xal qazanıb və qarşılaşmanı 7:0 hesabı ilə xeyrinə başa vurub.
Şərifovun yarımfinala rəqibi rusiyalı Abdulrəşid Sadulayev olacaq.
----------------------------------------------------------------------
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha 2 sərbəst güləşçisi mübarizəyə başlayır. Sportnet.az-ın məlumatına görə, onların hər ikisi dağıstanlı legionerdir.
İlk olaraq, saat 17:24-də sərbəst güləş üzrə dünya və olimpiya çempionu Şərif Şərifov 86 kq çəki dərəcəsində 1/8 final görüşünə çıxıb. Onun rəqibi çinli Şenqfenq Li olub.
Şərifov mübarizəyə inamlı qələbə ilə başlayıb. Olimpiya çempionumuz ikinci hissənin əvvəlində 10:0 hesablı qələbə ilə görüşü vaxtından əvvəl xeyrinə yekunlaşdırıb.
Şərifov 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə qarşılaşacaq. Həmin görüş saat 18:04-də başlayacaq.
Bu döyüşdən sonra Avropa və
dünya çempionatlarının, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının
mükafatçısı Cəmaləddin Məhəmmədov döşək üzərinə çıxıb. 125 kq çəki dərəcəsində
yer alan 27 yaşlı idmançının 1/8 finaldakı rəqibi ABŞ-dan olan Tervel Dlaqnev
olub.
Olimpiya çempionumuz Şərif Şərifovdan fərqli Məhəmmədov
mübarizəyə məğlubiyyətlə başlayıb. Gərgin mübarizə şəraitində keçən
qarşılaşmanın ilk hissəsi Məhəmmədovun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Güləşçimiz ikinci hissənin əvvəlində üstünlüyünü 5:0-a çatdırsa, bundan sonra vəziyyyət tam dəyişib. Belə ki,
amerikalı rəqib 6 xal qazanaraq görüşü xeyrinə başa çatdırıb - 5:6.
Bununla da
Məhəmmədov üzücü məğlubiyyət olub. Döşək üzərinə ayağı sarıqlı çıxan
güləşçimizin zədəsi də nəticəyə öz təsirini göstərib. Məhəmmədov təsəlliverici görüşlərdə iştirak etmək üçün amerikalının finaladək irəliləməsini gözləməli olub. Dlaqney yarımfinaladək irəliləsə də, həmin görüşdə iranlı rəqibinə 0:8 hesabı ilə uduzaraq finaldan kənarda qalıb. Buna görə də Məhəmmədov bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxmaq şansını da itirib və mübarizəni dayandırıb.
-------------------------------------------------------------
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha 2 sərbəst güləşçisi mübarizəyə başlayacaq. Sportnet.az-ın məlumatına görə, onların hər ikisi dağıstanlı legionerdir.
İlk olaraq, saat 17:24-də sərbəst güləş üzrə dünya və olimpiya çempionu Şərif Şərifov 86 kq çəki dərəcəsində 1/8 final görüşünə çıxacaq. Onun rəqibi çinli Şenqfenq Li olacaq.
Saat 17:48-də isə Avropa və dünya çempionatlarının, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının mükafatçısı Cəmaləddin Məhəmmədov döşək üzərinə çıxacaq. 125 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançının 1/8 finaldakı rəqibi ABŞ-dan olan Tervel Dlaqnev olacaq.
Qeyd edək ki, sərbəst güləşçilərdən ilk yarış günündə Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (86 kq) bürünc medal qazanıb.