Azərbaycanın sərbəst güləşçisi Toğrul Əsgərov tarixi şansı qaçırıb. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı idmançımız 2 dəfə Olimpiya çempionu olan ilk idmançımız ola bilərdi.
Ancaq Əsgərov "Rio-2016" Yay Olimpiya Oyunılarında az öncə yekunlaşan finalda rusiyalı rəqibi Soslan Romanova uduzan Əsgərov gümüş medalla kifayətlənməli olub. Bu isə o deməkdir ki, Toğrul 4 il öncə "London-2012"dakı qazandğı titulunu qoruya bilməyib.
Yay Olimpiya Oyunlarında iştirakçılarmızdan yalnız 2 nəfər finalda çıxış edib. Özü də ilk də məhz sərbəst güləş növünə təsadüf edib. Bu, hazılrda Azərbaycan Güləş Federasiyasının rəhbərliyində yer alan Namiq Abdullayevdir. Titullu güləşçimiz "Atlanta-1996"da gümüş, 4 il sonda Sidneydə isə qızıl medal qazanıb. Göründüyü kimi, Abdullayev medalının əyarını yaxşlaşdıra bilib.
Bununla da indiyədək Olimpiya çempionlarımızın növbəti sınaqda titulunu qıra bilmələri ənənəsi davam edib. Cüdoçular Nazim Hüseynovla ("Barselona-1992) və Elnur Məmmədli ("Pekin-2008"), yunan-Roma güləşçisi Fərid Mnsurov ("Afina-2004") növbəti olimpiadalarında uğursuz çıxış edərək ilk mərhələdəcə mübarizəni dayandırıblar.
"Sidney-2000"nin aqlibi olan atıcı Zemfira Meftahətdinova "Afina-2004"də də medalçı ola bilib - bürünc mükafat. "London-2012"də Olimpiya çempionu olan sərbəst güləşçi Şərif Şərifov bu göstəricini təkrarlayaraq, "Rio-2016"də "bürünc"ə yilənəlib. Göründüyü kimi, ikiqat Olimpiya çempionumuz üçün "Tokio*2020"ni gözləməi olacağıq.
Xatırladaq ki, 24 yaşlı Əsgərov ən gənc Olimpiya çempionumuz kimi adını tarixə yazdırıb O, 4 il öncə olimpiadanın qalib olanda heç 20 yaşı tamam olmamışdı.
Mehman Süleymanov