Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət milli komandasının məşqçilər heyətində dəyişiklik gerçəkləşib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, komandanın əvvəlki baş məşqçisi Rəşad Məmmədovu Elçin İsmayılov əvəz edib.
Rəşad Həsənov, Ramil İsmayılov və İlham Məmmədov isə yığmanın köməkçi-məşqçi vəzifəsini icra edəcək. Məşqçilər gənclərdən ibarət millinin üzvlərinə təqdim olunub.