Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün kişi boksçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Boks Federasiyasından Sportnet.az-a verilən məlumata görə, baş məşqçi Leonid Loivski yarışda 10 boksçuya güvənəcək.
Bunlar Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidovdur (+91 kq).
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12- 22 maydan keçiriləcək. Boks yarışları isə 12 – 18 mayda "Bakı Kristal Zal-2”də baş tutacaq.