1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məhəmmədrəsul Məcidov: "Boksçularımızdan heç biri uduzmadı" - FOTOLAR
Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması Vətənə qayıdıb.
Sportnet.az-ın məlumatına görə, komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri və bokssevərlər qarşılayıblar.
Jurnalistlərin suallarını cavablandıran 3 qat dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) bildirib ki, Azərbaycan adına üçüncü qızıl medalı qazandığı üçün fəxr edir: "Çox xoş, çox gözəl hisslərdir. Əlbəttə, döyüşlərim, xüsusilə də final asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim".
Məcidovun sözlərinə görə, yığmanın üzvləri hakim haqsızlığı ilə üzləşib: "Düzü, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq. Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, 2-nin medal qazanması əla nəticədir".
Qeyd edək ki, bürünc medalı Kamran Şahsuvarlı (75 kq) qazanıb.