Pxençxan Qış Olimpiya oyunlarında ilk dəfə dopinqdən istifadə hadisəsi qeydə alınıb.
Sportnet.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, yaponiyalı şort-trekçi Key Saytonun dopinq-testinin nəticəsi müsbət olub. 21 yaşlı idmançıda qadağan edilmiş dərman preparatı aşkar olunub. Həmin preparat diuretikdir.
Yaponiya Milli Olimpiya Komitəsinin rəhbərliyi Saytonun dopinq-testi ilə bağlı bu gün mətbuat konfransı keçirəcək. Sayto Yaponiya komandasının heyətində ehtiyat oyunçu idi. O, 5000 metrlik estafetdə ehtiyat şort-trekçi kimi çıxış edəcəkdi.
Artıq Olimpiya Kəndini tərk edən Sayto beynəlxalq federasiyanın bayrağı altındakı bütün yarışlardan kənarlaşdırılıb.