1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında hakim qərəzi və kütləvi dava - VİDEO
Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatının finalında Azərbaycan və Türkiyə təmsilçilərinə qarşı haqsızlıq edilib.
Sportnet.az-ın "Report"un Şərqi Avropa bürosuna istinadən məlumatına görə, hər iki halda onlar yerli və gürcüstanlı rəqibləri qarşısında məğlubiyyətə uğradılıblar.
Qitə birinciliyinin finalında 56 kq çəki dərəcəsində Azərbaycan millisinin üzvü Tayfur Əliyev meydan sahibi Robert Jitaru, 64 kq çəkidə isə Türkiyə boksçusu Tuğrulhan Erdemir gürcü Laşa Qurulidən üstün mübarizə aparmalarına, eləcə də raundlarda inamlı çıxış etmələrinə baxmayaraq, hakimlər hər iki idmançıya qarşı haqsızlıq edərək boksçuları qızıl medalın bir addımlığında büdrədiblər. Nəticədə sonuncu cütlüyün final döyüşündən sonra İdman Sarayında türk və gürcü boksçular arasında yaranan insident qısa zamanda davaya çevrilib. Təhlükəsizlik xidməti əməkdaşlarının köməkliyi sayəsində yaranmış gərgin vəziyyət aradan qaldırılıb.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatını 1 gümüş, 1 bürünc medalla başa vurub. Bürünc medala Məhəmməd Abdullayev (+91 kq) sahib olub.