
Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün II turun görüşləri başa çatıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5. İlk turda da heç-heçə edən qrossmeysterlərin hərəsinin 1 xalı var.
Daha bir diqqət mərkəzində olan görüşdə gəldikdə, hazırkı dünya çempionu Maqnus Karlsen eks-çempion Vişvanatan Anandı məğlub edib.
Ümumilikdə turun 5 görüşündən 3-də qələbə, 2-də heç-heçə qeydə alınıb.
"ShamkirChess 2019"
II tur
1 aprel
Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya) - 0,5:0,5
Dinq Liren (Çin) - Alekandr Qrişuk (Rusiya) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan) - 1:0
Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya) - 0:1
Bu nəticələrdən sonra Karlsen, Liren və Karyakin hərəyə 1,5 xalla ilk 3 yeri bölüşür.