
Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov vəfat edib.
Sportnet.az-ın məlumatına görə, dağıstanlı mütəxəssis 68 yaşında dünyasını dəyişib. O, həyatının son günlərini xəstəxanada ağ ciyərləri süni nəfəs aparatına qoşulmuş vəziyyətdə keçirib.
Qeyd edək ki, Maqomed Əliömərov AGF-də vitse-prezident vəzifəsinə 2007-ci ildə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi olub. 2019-cu ilin fevralından isə Əliömərov Rusiyanın eyni növ üzrə yığmasına rəhbərlik edib.