
ABŞ yığma komandasının almaniyalı baş məşqçisi Yurgen Klinsmann DÇ-2014-ün son qrup matçında həmyerliləri ilə heç bir sövdələşməyə getməyəcəklərini bildirib. Sportnet.az-ın məlumatına görə, ötən gecə Portuqaliya ilə oyunda qələbəni (2:2) son dəqiqədə əldən verən amerikalılara 1/8 finala yüksəlmək üçün son turda heç-heçə etmək kifayətdir.
Lakin Klinsmann qələbə uğrunda oynayacaqlarını bildirib. O, Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün ona zəng edərək, xalları yarı bölmək təklifinə dair fikrini bildirib: "Belə bir zəng olmayacaq. Löv də, mən də öz işimizi görürük. Hər ikimiz qalib gəlmək istəyirik. Həm Almaniya, həm də ABŞ yığması meydançaya yalnız bu məqsədlə çıxır. Bu, dünya çempionatıdır, 1-ci yerin taleyi müəyyənləşir. Dostluq zənglərinin vaxtı deyil".
Qeyd edək ki, Almaniya - ABŞ görüşündə heç-heçə qeydə alınarsa, Bundestim qrupda 1-ci, amerikalılar isə 2-ci yeri təmin edəcəklər.