Portuqaliya yığma komandasının kapitanı Kriştianu Ronaldo dünya çempionu titulu barədə düşünməyin yanlış olduğunu bildirib. Sportnet.az-ın məlumatına görə, "Real Madrid"in forvardı pley-off şanslarının qaldığı vaxtda, heç nəyin itirilmədiyini bildirib.
Futbolçu portuqaliyalı azarkeşlərə səslənərək, reallıqla ayaqlaşmağı məsləhət görüb. ABŞ-la oyun barədə (2:2) danışan hücumçu, Almaniya ilə qarşılaşmaya nisbətən, daha parlaq futbol sərgilədiklərini söyləyib: "Əgər ilk oyundan daha yaxşı oynamışıqsa, deməli, düzgün yoldayıq. Bu turnirdə millimizdən daha güclü komandalar var. Əlbəttə, qarşına dünya çempionu olmaq məqsədi qoymaq xoşdur, ancaq reallıqla ayaqlaşmaq lazımdır. Biz çalışacağıq, əlimizdən gələni əsirgəməyəcəyik".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |