
Rusiyanın baş naziri Dmitri Medvedev qeyri-adi proqnoz verib. Sportnet.az-ın məlumatına görə, hökumət başçısı Rusiya yığmasının DÇ-2014-ün "pley-off" mərhələsinə yüksəlməsinin göydəki ulduzların üzlərinə gülüb-gülməməsindən asılı olduğunu bildirib.
Həmyerlilərinin mundialdakı çıxışını "kədərli məsələ" adlandıran Medvedev, gördüyü yeganə çıxış yolu barədə danışıb: "Əvvəlcə milli, uşaq futbolumuzu inkişaf etdirmək lazımdır. Yalnız bundan sonra güclülər dəstəsinə böyük pullar yatırmaq olar".