
FİFA prezidenti Yozef Blatter mübahisəli epizodların videotəkrarının izlənməsi qaydasının tətbiq edilməsinin zəruriliyindən danışıb. Sportnet.az-ın məlumatına görə, Ali futbol qurumunun rəhbəri qolların elektron yolla qeydə alınma qaydasından sonra növbənin mübahisəli epizodlara çatdığını bildirib.
Blatter fikirlərini konkret misalla əsaslandırıb: "Ötən dünya çempionatında Frank Lempardın zərbəsindən sonra topun qapı xəttini keçib-keçmədiyi dəqiq aydın olmadı. Həmin vaxt hamı qolların elektron yolla qeydə alınmasının zəruriliyindən danışdı. Biz bu addımı atdıq. Növbəti addımımız nübahisəli epizodların videotəkrarı olacaq".