
İtaliyada keçirilən Formula 1 üzrə Emiliya-Romanya Qran Prisinin qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, İmola şəhərindəki Entso və Dino Ferrari halqasında keçirilən yürüşün qalibi "Red Bull"un pilotu Maks Ferstappen olub.
"Makleren"in sürücüsü Landro Norris finiş xəttini ikinci, onun komanda yoldaşı Oskar Piastri isə üçüncü keçib.
Mövsümün yeddinci mərhələsini izləyənlər arasında əfsanəvi braziliyalı futbolçu Ronaldo Nazario da olub.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 19-21 sentyabrda keçiriləcək.