
"Red Bull" pilotu Maks Ferstappen Formula 1 üzrə İtaliya Qran Prisinin qalibi olub.
Sportnet.az-ın məlumatına görə, niderlandlı sürücü "Montsa" avtodromunda keçirilən 53 dövrəlik yürüşdə finişə hamıdan öndə çatıb.
Bununla da Formula 1-də Ferstappen 66-cı, "Red Bull" 125-ci qələbəsini qazanıb.
Sonrakı iki yeri isə "Maklaren" pilotları Lando Norris və cari çempionatın lideri Oskar Piastri tutub.