
Dünyanın ikinci raketka ustası Karlos Alkaras ABŞ-ın açıq çempionatının (US Open) qalibi olub.
Sportnet.az-ın məlumatına görə, ispaniyalı tennisçi finalda dünya reytinqinin lideri, italiyalı Yannik Sinneri məğlub edib - 6:2, 3:6, 6:1, 6:4.
Görüş 2 saat 42 dəqiqə davam edib.
"US Open"dakı titul mövsümdə 7-ci, karyerasında 23-cü titul olub. Yarışın yekunlarına əsasən, o, dünya reytinqində 1-ci pilləyə qayıdacaq.
Qələbə qarşılığında Alkaras 2 000 reytinq xalı və 5 milyon dollar mükafat alacaq. Sinner isə 1 300 reytinq xalı və 2,5 milyon dollarla kifayətlənəcək.