
Formula 1 üzrə ABŞ Qran Prisinin qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Ostin şəhərindəki "Amerik trası"nda keçirilmiş yürüşün qalibi "Red Bull" pilotu Maks Ferstappen olub.
İkinci yeri "Maklaren" sürücüsü Lando Norris tutub. "Ferrari"dən Şarl Lekler isə üçüncü yerlə kifayətlənib.
20 iştirakçı pilotdan yalnız Karlos Sayns ("Uilyams") finişə çata bilməyib.
ABŞ Qran Prisindən sonra ümumi hesabda "Maklaren" sürücülərindən Oskar Piastri 346 xalla birinci, Lando Norris 332 xalla ikinci yerdə qərarlaşıb. 306 xala malik Maks Ferstappen isə üçüncüdür.
Konstruktorlar Kubokunda isə "Maklaren" 678 xalla birinci, "Mersedes" 341 xalla ikinci, "Ferrari" 334 xalla üçüncü yerdədir.