Britaniyalı pilot Lando Norris (“McLaren”) Formula 1-in 2025-ci il mövsümünün final mərhələsi – Əbu-Dabi Qran-prisinin nəticələrinə əsasən karyerasının ilk dünya çempionluğunu qazanıb.
Sportnet.az xəbər verir ki, Norris son yarışa 12 xal fərqi ilə lider çıxmışdı və titul üçün ilk üçlükdə qərarlaşması kifayət edirdi. 26 yaşlı sürücü debüt etdiyi 2019-cu ildən “McLaren”in əsas pilotudur və ötən mövsümü vitse-çempion kimi başa vurmuşdu.
Eyni yarışda 40 yaşlı yeddiqat dünya çempionu Lüis Hemilton (“Ferrari”) 8-ci yeri tutub və mövsümü 156 xalla 6-cı pillədə tamamlayıb. Bununla da o, 44 ildən sonra “Ferrari”də debüt edən pilotlar arasında mövsümü podiumsuz başa vuran ilk sürücü olub. Onun komanda yoldaşı Şarl Lekler isə builki mövsümdə 7 dəfə podiumda yer alıb.
“Ferrari”də Hamiltonun nəticələri sonuncu dəfə 1981-ci ildə Didier Pironinin statistikası ilə müqayisə edilir. Həmin mövsümdə fransalı sürücü də podiuma yüksələ bilməmişdi.
Mövsümü 833 xalla başa vuran “McLaren” ardıcıl ikinci dəfə Konstruktorlar Kubokunun qalibi olub. Bu, komandanın 1998-ci ildən bəri ilk dəfə iki mövsətlik hegemonluğudur.
Son sıralama:
McLaren – 833
Mercedes – 469
Red Bull – 451
Ferrari – 398
Williams – 137
Racing Bulls – 92
Aston Martin – 89
Haas – 79
Kick-Sauber – 70
Alpine – 22
Gələn mövsümdən Formula 1-də 11 komanda çıxış edəcək və yeni texniki reqlament qüvvəyə minəcək.














































































