Bu gün Azərbaycanın tanınmış idman saytlarından olan "Rekord.az"ın 15 yaşı tamam olur.
Sportnet.az xəbər verir ki, 2010-cu il dekabrın 14-də fəaliyyətə başlayan sayt ötən müddətdə fasiləsiz olaraq informasiya təminatında iştirak edib, bir sıra uğurlara da imza atıb.
Yaranan gündən fərqli dəst-xətt ortaya qoyan Rekord.az oxucuların rəğbətini qazanmağı bacarıb.
Sportnet.az yubileyi münasibətlə Rekord.az-ın kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.







































































