İtaliya polisi 2026-cı il Qış Olimpiya Oyunları çərçivəsində keçirilən hokkey turniri zamanı uzun müddətdir axtarışda olan şəxsi saxlayıb.
Sportnet.az "NBC News"a istinadən xəbər verir ki, 44 yaşlı Slovakiya vətəndaşı milli komandasının Finlandiya ilə oyununu izləmək üçün İtaliyaya gəlib.
O, 2010-cu ildə mağazalarda törətdiyi bir sıra oğurluqlara görə bir il müddətinə azadlıqdan məhrum edilmişdi. İtaliya məhkəməsi onun barəsində 16 il əvvəl həbs qərarı çıxarmışdı.
Polisin bildirdiyinə görə, həmin şəxs Milanda qonaq evində qeydiyyatdan keçən zaman müəyyən edilib və daha sonra saxlanılıb.
Qeyd edək ki, fevralın 11-də Milanda keçirilmiş qarşılaşmada Slovakiya yığması Finlandiyanı 4:1 hesabı ilə məğlub edib.










































































