
Böyük Britaniyanın paytaxtı Londondakı "Bounce" klubunda çılpaqlar arasında stolüstü tennis üzrə ilk çempionat keçirilib. Sportnet.az-ın məlumatına görə, yarışda əsl idmançılar yox, xüsusi olaraq tutulmuş modellər iştirak ediblər.
Təşkilatçılar kluba tez-tez amerikalı kinoaktrisalar Cennifer Lourens və Qvinet Peltrounun pinq-ponq oynamağa gəldiklərini bildiriblər. Çılpaq iştirakçılar arasındakı çempionat isə bu növə populyarlıq gətirmək üçün yaxşı vasitədir.
Lenta.ru saytı hansı yarışlarda geyimə o qədər də gərək duyulmadığı idman növlərinin siyahısını müəyyənləşdirib. Bunlar çılpaq futbol, reqbi, üzgüçülük və xizək idmanıdır.












