1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Topaz"da bu gün: "Aslan" "Timsah"a qarşı
İki günlük "sakitlik"dən sonra "Topaz"da qaynar bir həftəsonu başlayır. Ənənəvi olaraq cümə günü əksər ölkə çempionatlarında turun açılış matçları oynanılır. Almaniya, Fransa, Hollandiya və Avstriyanın aşağı liqalarında isə turun əksər oyunları keçirilir.
Bütün bunlar Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın bugünkü proqramında əksini tapıb. Proqnozsevərlərə 140 qarşılaşma təklif olunur ki, onlardan 44-nə canlı, 5-nə isə "təkli" mərc etmək olar.
"Təkli" oyunlar sırasında Türkiyə Super Liqasının "Qalatasaray"-"Bursaspor" görüşü də var. Superliqanın lideri olan "Cim-Bom"un 14-cü pillədə qərarlaşan bursalılarla dueldə aşkar favorit sayılması qanunauyğundur. "Timsahlar" 2012-ci ilin yanvarından indiyədək keçirilmiş 16 matçda "Qalatasaray"a qalib gələ bilməyib. Ümumiyyətlə, bu komandalar indiyədək 104 dəfə üz-üzə gəliblər. Duellərin 55-də "aslan", 22-də "timsahlar" üstün olub. Son 16 duelin hər birində azı 2 qol vurulub.
Daha bir maraqlı fakt odur ki, arxada qalan 8 turda "Qalatasaray" heç-heçə oynamayıb (6 qələbə, 2 məğlubiyyət), "Bursaspor" isə əksinə, superliqanın ən "sülhsevər" (8 matçda 5 heç-heçə) komandasıdır. "Topaz"ın "təkli oyun" statusu verdiyi bu qarşılaşmanın əmsalları belədir: "Qalatasaray"ın qələbəsi 1.35, heç-heçə 3.90, "Bursaspor"un qələbəsi 6.30.
Günün digər "təkli" oyunları sırasında Rusiya Premyer Liqasının "Lokomotiv" - "Rostov" (kod 165, saat 21:30), Almaniya Bundesliqasının "Ayntraxt" - "Fortuna" (kod 210, saat 22:30), Fransa Liqasının "Lion" - "Nim" (kod 216, saat 22:45) və İspaniya La Liqasının "Selta" - "Alaves" (kod 226, saat 23:00) görüşləri də var.
"Topaz"da qazanmaq öz əlinizdədir. Oynayın və qazanın.