"Formula-1”in keçmiş pilotu Filip Streyf
7 qat çempion almaniyalı Mixail
Şumaxerin iflic olduğunu bildirib. Sportnet.az-ın məlumatına görə, fransız
pilot Şumaxerin əlil arabasında olduğunu, danışıq və yaddaş problemi yaşadığını
qeyd edib.
Streyf
Şumaxerin danışa bilmədiyini deyib: "O indi yaxşıdır, ancaq hər şey nisbidir. Şumaxer
danışa bilmir. O iflic olub. Əlil arabasındadır, danışıq və yaddaş problemi
yaşayır. Ailəsi onun tez sağalacağına ümid edir. Ama bu çox çətindir”.
Qeyd edək ki, 2013-cü ildə Şumaxer Fransanın Alp daölarında xizək sürərkən yıxılaraq başından ciddi zədə alıb. 16 iyunda onun komadan çıxdığı, reabilitasiya üçün Lozanna klinikasına köçürüldüyü bildirilib. Daha sonra Şumaxer reabilitasiyasını davam etdirmək üçün evə göndərilib.