“Mercedes” komandasının pilotu Lüis Hemilton "Formula 1" yarışlarında rəqiblərini üstələyə bilməsinin səbəbini açıqlayıb.
Sportnet.az "Tennis World USA" nəşrinə istinadən xəbər verir ki, britaniyalı sürücü özünün güclü tərəflərindən birinin dəyişkən vəziyyətlərə tez uyğunlaşma qabiliyyəti olduğunu vurğulayıb.
"Hər zaman necə uyğunlaşacağımı bilirəm. Uyğunlaşmağa görə, ən istedadlı pilotlardanam. İstənilən şəraitdə işləməyə hazıram və həmin an necə davranacağımı başa düşünürəm. Belə yanaşma, məsələn, yağışlı hava şəraitindəki yarışlarda işləyir. Çünki bu vəziyyətdə dinamik hərəkət etmək, pilotluq üslubunu daim dəyişdirmək lazımdır" deyə o bildirib.
Qeyd edək ki, Lüis Hemilton altıqat dünya çempionudur.