Dünyanın 69 ölkəsində keçirilən “Global Game Jam Hackathon” festivalı ilk dəfə Azərbaycanda təşkil olunacaq.
Azərbaycan Kiberidman Federasiyasından Sportnet.az-a verilən məlumata görə, yanvarın 31-də start götürəcək marafon 48 saat davam edəcək. Marafonda ölkənin qabaqcıl “game devoloper”ləri öz bacarıqlarını göstərəcəklər. Festival Nizami E-Sport Arenada keçiriləcək və növbəti 2 gün ərzində Azərbaycanın bütün proqramçıları yeni oyunların yaradılması üçün mübarizə aparacaqlar.