
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkədə COVID-19 virusuna qarşı mübarizəyə və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşulub.
Sportnet.az xəbər verir ki, bu barədə AMADA-nın yaydığı press-relizdə bildirilir.
Korporativ Sosial Məsuliyyət strategiyasını rəhbər tutan qurum Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib. Bu məbləğ virusla mübarizə fondunun hesabına köçürülüb.