
"Formula 1" sponsorlarının son 10 ildə xərcləri ilə əlaqədar göstəricilər dərc olunub.
Sportnet.az-ın GPFans portalına istinadən məlumatına görə, ən iri sponsor "Mercedes" komandasına məxsus olub. "Petronas" şirkəti Almaniya komandasına 735 milyon ABŞ dolları sərmayə qoyub.
Bu göstəricidə ikinci yer "Ferrari"nin çoxillik sponsoru "Philip Morris International"a məxsusdur. Tütün şirkəti "Skuderiya"ya 615 milyon dollar sərf edib.
Reytinqdə üçüncü yeri İspaniyanın "Santander" bankı tutur. Bu bank ikiqat dünya çempionu Fernando Alonso, habelə, "Ferrari" və "McLaren"lə əməkdaşlıq edir. Maliyyə qurumu 10 il ərzində 514 milyon dollarından keçib.
"Formula 1"in 2010-cu ildən indiyədək ən iri sponsorları (milyon ABŞ dolları ilə)
1. "Petronas" – 735
2. "Philip Morris International" – 625
3. "Santander" – 514
4. "Shell" – 412
5. "Pirelli" – 381
6. "Infiniti" – 345
7. "Rolex" – 327
8. "Vodafone" – 289
9. "Mobil 1" – 237
10. "Claro" / "Telcel" / "Telmex" – 218.